​Azərbaycanın bir qrup sahibkar və meneceri gələn ay Almaniyaya gedəcək

​Azərbaycanın bir qrup sahibkar və meneceri gələn ay Almaniyaya gedəcək Azərbaycanlı mütəxəssislər Almaniyada iqtisadi kooperasiya üzrə ixtisasartırma kurslarına qatılacaqlar
Biznes
29 Sentyabr , 2014 17:07
​Azərbaycanın bir qrup sahibkar və meneceri gələn ay Almaniyaya gedəcək
Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı həyata keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə,Nazirliyin Bakı Biznes Tədris Mərkəzi Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ) ilə birlikdə "Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram"ını həyata keçirir.

Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində iqtisadi kooperasiya üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Sahibkarların və menecerlərin iqtisadi kooperasiya üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə iyunun 30-da namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilib və müsabiqədə iştirak edən 53 sahibkar və gənc menecerdən 24-ü müvəffəqiyyət qazanıb. Müsabiqədən uğurla keçənlər Almaniyanın Selle şəhərində yerləşən Almaniya Menecment Akademiyasında və müvafiq müəssisələrdə oktyabrın 19-dan noyabrın 15-dək iqtisadi kooperasiya üzrə ixtisasartırma kursları keçəcəklər.

Qeyd edək ki, sentyabrın 27-28-də Bakı Biznes Tədris Mərkəzində 24 sahibkar və gənc menecerlər üçün hazırlıq seminarı keçirilib.

Son xəbərlər

Orphus sistemi