​Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi bu ilin ilk yarısında 15% artıb

​Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi bu ilin ilk yarısında 15% artıb Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 alman investisiyalı şirkət fəaliyyət göstərir
Biznes
3 Sentyabr , 2014 11:23
​Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi bu ilin ilk yarısında 15% artıb
Bakı. 3 sentyabr. REPORT.AZ/ “Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 alman investisiyalı şirkət fəaliyyət göstərir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev DAF-ın İdarə Heyətinin sədri Hans-Eberhard Şlayerin rəhbərlik etdiyi nümayəndə heyətini ilə keçirilən görüşdə bildirib.

Sentyabrın 2-də Bakı Biznes Mərkəzində baş tutan görüşdə Şahin Mustafayev indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 67 sənəd imzalandığını bildirib:

“Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 alman investisiyalı şirkət fəaliyyət göstərir və 2002-2013-cü illərdə Almaniya tərəfindən əsas kapitala 500 mln. ABŞ dollarına yaxın investisiya yatırılıb”.

Ş. Mustafayev həmçinin 2013-cü ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 25%, bu ilin yanvar-iyul aylarında isə 15% artdığını və hazırda Almaniyanın Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdə olduğunu xatırladıb və 2012-ci ildə Bakıda yaradılmış Alman-Azərbaycan Xarici Ticarət Palatası MDB məkanında 2-ci belə palata olduğunu qeyd edib:

“2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Almaniyanın peşə təhsili sahəsindəki təcrübəsindən Sumqayıt Kimya Sənaye Parkında da istifadə ediləcək”.

Xatırladaq ki, Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şlayerin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin səfəri sentyabrın 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi