Azərbaycan ixracında dövlət sektorunun payı 94%-i ötüb

Azərbaycan ixracında dövlət sektorunun payı 94%-i ötüb İxrac əməliyyatlarının 1%-i və idxalın cəmi 4%-i fiziki şəxslərin payına düşür
Biznes
18 Sentyabr , 2014 04:50
Azərbaycan ixracında dövlət sektorunun payı 94%-i ötüb
Bakı. 17 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanın idxal-ixrac əməliyyatlarında 5 036 hüquqi və fiziki şəxs iştirak edib. Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, bunun 3 247 nəfəri hüquqi, 1 789 nəfəri isə fiziki şəxs olub. 

Hesabat dövründə dövlət sektorunun ixrac əməliyyatlarında payı 94,3% və ya 14,476 mlrd. dollar, özəl sektorun payı 4,9% və ya 749,702 mln. dollar, fiziki şəxslərin payı 0,8% və ya 224,408 mln. dollar təşkil edib. 

Eyni zamanda, bu ilin 8 ayı ərzində dövlət sektorunun idxal əməliyyatlarında payı 24,5% və ya 1,377 mlrd. dollar, özəl sektorun payı 71,47% və ya 4,012 mlrd. dollar, fiziki şəxslərin payı isə 4,03% və ya 224,408 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi