Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə dünya reytinqində yüksəlib

Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə dünya reytinqində yüksəlib Rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan artıq altı ildir ki, MBD məkanında liderdir
Biznes
3 Sentyabr , 2014 11:05
Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə dünya reytinqində yüksəlib
Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Ümumdünya İqtisadi Forum (ÜİF) tərəfindən tərtib olunan 2014-2015-ci illər üçün dünya iqtisadiyyatı illik reytinqində öz mövqeyini yaxşılaşdırıb. Report xəbər verir ki, bu il Azərbaycan ötən il ilə müqayisədə bir pillə irəliləyərək siyahıda 38-ci yerdə qərarlaşıb.

Əgər 2010-2011-ci illərdə Azərbaycan rəqabət qabiliyyətlilik reytinqində 57-ci pillədə olubsa, 2011-2012-ci illərdə 55-ci, 2012-2013-cü illərədə 46-cı, 2013-2014-cü illərdə 39-cu yeri tutub. 

Rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan artıq altı ildir ki, MBD məkanında liderdir. Siyahıda MDB ölkələrindən daha sonra Qazaxıstan (50-ci yer), Rusiya (53), Ukrayna (76), Ermənistan (85) gəlir.

Türkiyə reytinqin 45-ci pilləsində qərarlaşıb. Gürcüstan 69-cu pillədədir. 

Ötən ildə olduğu kimi, rəqabət qabiliyyətlilik reytinqinə İsveçrə başçılıq edir. İlk üçlüyə həmçinin Sinqapur və Amerika Birləşmiş Ştatları daxil olub. 

Hər ölkə üçün rəqabət qabiliyyətlilik indeksinin hesablanması zaman ÜİF institutları keyfiyyət, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının effektivliyi, əmək bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyətliliyi, innovasiya potensialı kimi 12 əsas göstəricidən istifadə edir. 

Son xəbərlər

Orphus sistemi