"Aztelekom" açıq tender keçirir

"Aztelekom" açıq tender keçirir Şirkət dəftərxana ləvazimatları və təsərrüfat malları almaq niyyətindədir
Biznes
30 avqust 2017 11:28
Aztelekom açıq tender keçirir
Report.az

Bakı. 30 avqust.REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" MMC açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilir. Belə ki, lot-1 üzrə "Aztelekom" tərəfindən dəftərxana ləvazimatlarının alınması, lot-2 üzrə isə təsərrüfat mallarının alınması nəzərdə tutulur.

İlk lot üzrə iştirak haqqı 150 manat, II lot üzrə 500 manat təşkil edir.

Bağlanacaq satınalma müqavilələrinin icra müddəti bütün lotlar üzrə 5 aydır.

Zəruri sənədlər 14 sentyabr saat 17:00-dək, tender təklifi və bank təminatı isə 25 sentyabr saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti,187 ünvanına ("Aztelekom" MMC-nin Tender Komissiyasına) təqdim edilməlidir. Təkliflər qeyd edilən ünvanda sentyabrın 26-da açılacaq.

Son xəbərlər

Orphus sistemi