AZPROMO Yaponiyada "İnvestment Roadshow" tədbiri keçirəcək

AZPROMO Yaponiyada "İnvestment Roadshow" tədbiri keçirəcək İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) martın 5-6-da Yaponiyanın paytaxtı Tokioda "İnvestment Roadshow" tədbiri keçirəcək.
Biznes
1 Fevral , 2024 09:36
AZPROMO Yaponiyada İnvestment Roadshow tədbiri keçirəcək

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) martın 5-6-da Yaponiyanın paytaxtı Tokioda "İnvestment Roadshow" tədbiri keçirəcək.

"Report" xəbər verir ki, məqsəd Azərbaycandan qeyri-neft məhsullarının ixracını stimullaşdırmaqdır.

Tədbir Tokionun Çiyoda xüsusi rayonunda 5 ulduzlu otellərdən birinin 150 nəfərlik tutumu olan konfrans zalında təşkil ediləcək. Tədbir çərçivəsində “B2B” görüşlər baş tutacaq.

"İnvestment Roadshow"da ölkənin əsas makroiqtisadi göstəriciləri, qeyri-neft ixracı və investisiya potensialı ilə bağlı məlumatlar ingilis və yapon dillərində təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi