AZPROMO və KOBİA: "Azərbaycan məhsullarının maya dəyəri yüksəkdir"

AZPROMO və KOBİA: "Azərbaycan məhsullarının maya dəyəri yüksəkdir" Azərbaycanda istehsal olunan məhsulların maya dəyəri xarici analoqları ilə müqayisədə yüksəkdir, bu da onların ixracına problem yaradır.
Biznes
27 Yanvar , 2023 11:12
AZPROMO və KOBİA: Azərbaycan məhsullarının maya dəyəri yüksəkdir

Azərbaycanda istehsal olunan bəzi məhsulların maya dəyəri xarici analoqları ilə müqayisədə yüksəkdir, bu da onların ixracına problem yaradır.

“Report” xəbər verir ki, bu fikir Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda səsləndirilib.

“Azərbaycan şirkətlərinin öz məhsulları üçün müəyyən etdiyi qiymətləri xarici tərəfdaşlara təqdim etdikdə məlum olur ki, bəzi hallarda onlar analoqlarından qiymət baxımından daha az rəqabətqabiliyyətli olur. Bu məsələ ilə bağlı sahibkarlar daim məlumatlandırılırlar. Maya dəyərinin yüksək olması istehsal prosesində olan hər-hansısa çatışmazlıqla bağlı olma ehtimalı yüksəkdir. Tövsiyə edirik ki, onlar işlərini təkmilləşdirsinlər, institusionallaşma və proseslərin oprimallaşmasına getsinlər”, - deyə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı bildirib.

"Ötən il Azərbaycan sahibkarlarından 6 000-ə yaxın müraciət daxil olub ki, onların tərkibində ixracla bağlı məsələlər də var. İş adamlarının çoxu gömrük prosedurları ilə bağlı çətinlik olduğunu bildirib. Yerli istehsal məhsulları ölkəyə idxal olunan xarici istehsal məhsullarından baha olur. Bu da ixraca problem yaradır. Baxmayaraq ki, sahibkarlar qiymətlərin yüksək olmasını keyfiyyətlə əlaqələndirirlər. Onlar tələb-təklif qaydalarına uyğun olaraq məhsulların satışı siyasəti həyata keçirməlidirlər", - deyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov bildirib.

Son xəbərlər

Orphus sistemi