AZPROMO və “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək

AZPROMO və “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək Fevralın 21-də Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində Romada keçirilən biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Biznes
22 Fevral , 2020 09:11
AZPROMO və “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək

Fevralın 21-də Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində Romada keçirilən biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Memoranduma əsasən, tərəflər ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycan və İtaliya şirkətlərinin birgə iştirakı ilə investisiya təşəbbüslərinin dəstəklənməsi, habelə qarşılıqlı təlim proqramları və təcrübə mübadiləsinin təşkil edilməsində əməkdaşlıq edəcəklər.

Son xəbərlər

Orphus sistemi