AZPROMO: "Qarabağda fəaliyyət üçün 1,2 mindən çox müraciət daxil olub"

AZPROMO: "Qarabağda fəaliyyət üçün 1,2 mindən çox müraciət daxil olub" Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub.
Biznes
6 İyul , 2022 13:22
AZPROMO: Qarabağda fəaliyyət üçün 1,2 mindən çox müraciət daxil olub
Yusif Abdullayev

Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

O deyib ki, müraciətlər KOBİA vasitəsilə qəbul edilir: "Bu müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 108-i Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir. 2022-ci ildə (yanvar-may ayları ərzində) ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.

2021-ci ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 4,7 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12,1% çoxdur. Ötən il Azərbaycanın Türkiyəyə ixracı illik ifadədə 8,5% artaraq 2,8 mlrd. dolları ötüb. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollara çatıb".

Son xəbərlər

Orphus sistemi