AZPROMO nümayəndələri "INNOPROM-2022" sərgisində bir sıra görüşlər keçirib

AZPROMO nümayəndələri "INNOPROM-2022" sərgisində bir sıra görüşlər keçirib İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Rusiyanın Yekaterinburq şəhərində keçirilən "INNOPROM-2022" XII Beynəlxalq Sənaye Sərgisində iştirak edirlər.
Biznes
5 İyul , 2022 17:13
AZPROMO nümayəndələri INNOPROM-2022 sərgisində bir sıra görüşlər keçirib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Rusiyanın Yekaterinburq şəhərində keçirilən "INNOPROM-2022" XII Beynəlxalq Sənaye Sərgisində iştirak edirlər.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Məlumata görə, Fond rəsmiləri Rusiya şirkətlərinin stendləri ilə tanış olub, bir sıra görüşlər keçiriblər. Görüşlərdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya və biznes sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İyulun 7-na qədər davam edəcək sərgi "Sənaye keçidi: Çağırışlardan yeni imkanlara doğru" mövzusunda keçirilir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Rusiyanın 60-dan çox regionunun və 30-dan çox ölkənin biznes və ictimai təşkilatlarının nümayəndələri iştirak edir.

Son xəbərlər

Orphus sistemi