AZPROMO: "İyunda qeyri-neft ixracı 6% artıb"

AZPROMO: "İyunda qeyri-neft ixracı 6% artıb" Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 269,6 milyon ABŞ dolları təşkil edib.
Biznes
19 İyul , 2022 10:58
AZPROMO: İyunda qeyri-neft ixracı 6% artıb

Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 269,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, II rübdə ölkənin qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 10,5% artaraq 730,4 milyon ABŞ dolları, I yarımildə isə ölkənin qeyri-neft ixracının dəyəri 1 il əvvəllə müqayisədə 25,4% artaraq 1 457,6 milyon dollar olub.

Ötən il isə Azərbaycanın qeyri-neft ixracının dəyərində əvvəlki ilə nisbətən 47,2% artım olub və sözügedən göstərici 2 713,4 milyon dollara çatıb.

Son xəbərlər

Orphus sistemi