AZPROMO: "İnvestorlara "vahid pəncərə" prinsipi ilə xidmət göstəriləcək"

AZPROMO: "İnvestorlara "vahid pəncərə" prinsipi ilə xidmət göstəriləcək" Azərbaycanda investorlara "vahid pəncərə" prinsipi ilə xibmət göstərilməsi nəzərdə tutulub.
Biznes
10 Avqust , 2022 11:55
AZPROMO: İnvestorlara vahid pəncərə prinsipi ilə xidmət göstəriləcək
Yusif Abdullayev

Azərbaycanda investorlara "vahid pəncərə" prinsipi ilə xidmət göstərilməsi nəzərdə tutulub.

Bunu "Report"a açıqlamasında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, məqsəd ölkəyə xarici investisiya axınını stimullaşdırmaqdır.

Y.Abdullayev qeyd edib ki, 2012-2021-ci illərdə Azərbaycanın qeyri-neft sektoruna 10 milyard ABŞ dollarından çox birbaşa xarici investisiya qoyulub: "Bu, 10 illik göstəricidir, düşünürük ki, həm 2022-ci ildə, həm də növbəti illərdə birbaşa xarici investisiyalar artacaq. Bizim xarici investisiyaların təşviqi ilə bağlı strategiyamızda müəyyən rəqəmlər nəzərdə tutulub. Bu rəqəmlər illər üzrə bölünüb, korrektələr hər zaman ola bilər. Fərqli-fərqli layihələr ortaya çıxa bilər".

Son xəbərlər

Orphus sistemi