"Azpromo" ilə Cənubi Afrika Respublikasının səfirliyi arasında memorandum imzalanıb

"Azpromo" ilə Cənubi Afrika Respublikasının səfirliyi arasında memorandum imzalanıb Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azpromonun təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Biznes
28 Fevral , 2018 16:48
Azpromo ilə Cənubi Afrika Respublikasının səfirliyi arasında memorandum imzalanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, "Azpromo"nun təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və CAR arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

50-yə yaxın Azərbaycan sahibkarının iştirak etdiyi görüşdə "Azpromo"nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən tədbirlər barədə məlumat verib. 

Tədbir çərçivəsində CAR-ın investisiya və biznes imkanlarına dair video-çarx nümayiş olunub, CAR-ın iqtisadi potensialı azərbaycanlı sahibkarların diqqətinə çatdırılıb. Sonra "Azpromo" ilə CAR-ın Türkiyə və Azərbaycandakı səfirliyi arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi