"Azpromo"nun missiyası Dubaya səfər edəcək

"Azpromo"nun missiyası Dubaya səfər edəcək Bunun noyabr ayının sonunda reallaşması mümkündür
Biznes
20 oktyabr 2016 07:17
Azpromonun missiyası Dubaya səfər edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qərara aldıq ki, noyabrın sonunda Dubaya ticarət missiyasının səfərini təşkil edək". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov deyib.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi isə deyib ki, Bakı Dubay üçün ticarət baxımından əhəmiyyətli şəhərdir: "Doğrudur, siz ixraca tam hazır deyilsiniz, amma istəyərdim ki, sizinlə ticarət əlaqələrini davam etdirək. Azərbaycan məhsulları təkcə Dubayda deyil, dünyanın bir çox ölkələrində istifadə ediləcək".

R.Məmmədov əlavə edib ki, BƏƏ-dən olan biznesmenlər daha çox Azərbaycanın kənd təsərrüfatı, şirələr və yeyinti məhsullarının istehsalı sahələrinə maraq göstərirlər.

Azpromo sədri qeyd edib ki, ərəb investorları Azərbaycanı regional "hub" kimi görürlər: "BƏƏ ilə əlaqələrin daha da genişlənməsinin tərəfdarıyıq. Artıq BƏƏ-dən ölkəmizə gələn turistlərin sayı artıb".

Son xəbərlər

Orphus sistemi