Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, Strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırmaqda davam edir.
Bu gün şirkət sayca 98-ci və növbəti modul tipli YDM-ni "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasının ərazisində istismara verdi.
Yeni “Yasamal Avtopark-2” YDM-in avtopark ərazisində quraşdırılmasında məqsəd, paytaxtın sərnişindaşıma prosesində iştirak edən "Xaliq Faiqoğlu"ya məxsus avtobusların dizel yanacağına tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb, 6 yeni iş yeri yaradılıb.
“Azpetrol” şirkətin ilk YDM-i “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 98 YDM-i, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın YDM-lərə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən YDM-lərdə 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
"Azpetrol" – Daim inkişafa doğru!