"Azexport" Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

"Azexport" Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır İ
Biznes
19 Noyabr , 2021 15:36
Azexport Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan ”Azexport.az” internet portalı və “Tradevalley.com” portalı arasında görüş keçirilib.

Bu barədə “Report”a Mərkəzdən bildirilib.

Məlumata görə, görüşdə “Tradevalley.com” portalının təsisçisi Yusuf Yenitürkoğulları və satış meneceri Güclü İlalmak rəqəmsal ticarət sahəsində reallaşdırılan layihələr barədə məlumatlar təqdim ediblər. Bildirilib ki, “Tradevalley.com” portalı sahibkarlara rəqəmsal ticarət sahəsində məhsul təftişi, tərcümə, marketinq, hüquq, maliyyə və logistika xidmətləri təqdim edir.

Növbəti olaraq “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov portalın inteqrasiya olduğu beynəlxalq ticarət platformaları və bu platformalardan daxil olan sifarişlər barədə təqdimatla çıxış edib. O, “Tradevalley.com” portalı ilə əməkdaşlığın genişləndirilməsinin və birgə layihələrin icrasının vacibliyini vurğulayıb.

Sonda rəqəmsal ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanmasına dair ilkin razılığq əldə olunub.

“Tradevalley.com” portalı Türkiyədə “B2B” seqmentində fəaliyyət göstərən qabaqcıl rəqəmsal ticarət platformalarından biridir. Altı dildə fəaliyyət göstərən portala dünyanın 100-dən artıq ölkəsindən sifarişlər daxil olur.

Son xəbərlər

Orphus sistemi