"Azexport" portalına sifarişlərin ümumi dəyəri 2,4 milyard dolları keçib

"Azexport" portalına sifarişlərin ümumi dəyəri 2,4 milyard dolları keçib Bu ilin yanvar-iyun aylarında "Azexport" portalına 236,6 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
Biznes
30 İyul , 2021 11:42
Azexport portalına sifarişlərin ümumi dəyəri 2,4 milyard dolları keçib

Bu ilin yanvar-iyun aylarında "Azexport" portalına 236,6 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında qeyd edilir.

Sənəddə deyilir ki, təkcə iyun ayında isə portalına daxil olan sifarişlərin dəyəri isə 42,3 milyon dollar təşkil edib.

Ötən ay ən çox ixrac sifarişi toyuq əti və yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 iyun tarixinə kimi (54 ay ərzində) isə "Azexport"a 145 ölkədən 2,432 milyard dollarlıq sifariş daxil olub.

Son xəbərlər

Orphus sistemi