Azexport portalına sifarişlər 37% artıb

Azexport portalına sifarişlər 37% artıb Bu ilin yanvar-mart aylarında Azexport portalına 147,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
29 Aprel , 2020 11:26
Azexport portalına sifarişlər 37% artıb

Bu ilin yanvar-mart aylarında Azexport portalına 147,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bunun 44,8 milyon dollarlıq hissəsi mart ayının payına düşüb. Bu da ötən ilin mart ayına nisbətən 36,6% çoxdur. 

Ötən ay portala ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və s. mallar üzrə daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 mart tarixinə kimi (39 ay ərzində) Azexport portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 732,5 milyon ABŞ dolları təşkil edib.

Bundan başqa, icmalda qeyd olunub ki, bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 1,9 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 39 milyon ABŞ dollarından artıq dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi