"Azexport" İmişlidə sahibkarlarla görüş keçirəcək

"Azexport" İmişlidə sahibkarlarla görüş keçirəcək İmişli rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq.
Biznes
12 May , 2022 16:58
Azexport İmişlidə sahibkarlarla görüş keçirəcək

İmişli rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq.

Bu barədə “Report”a İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

İmişli rayon İcra hakimiyyətinin və İmişli "KOB Dostu"nun dəstəyi ilə baş tutacaq tədbirdə "Azexport" portalının iş prinsipi və portalın təqdim etdiyi imkanlar barədə məlumatlar veriləcək.

Görüşdə ticarətdə tətbiq olunan rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi nüfuzlu beynəlxalq elektron ticarət platformaları və “Payoneer” ödəniş sisteminə dair müzakirələr aparılacaq.

Tədbir sabah saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Sahə üzrə maraqlı şəxslər görüşə qatıla, həmçinin, natiqlərə suallarını ünvanlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi