"Azexport" beynəlxalq konfransda təqdim olunub

"Azexport" beynəlxalq konfransda təqdim olunub İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) innovativ layihəsi olan Azexport.az internet portalı “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” adlı beynəlxalq konfransda iştirakçılara təqdim olunub.
Biznes
28 Oktyabr , 2021 15:28
Azexport beynəlxalq konfransda təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) innovativ layihəsi olan Azexport.az internet portalı “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” adlı beynəlxalq konfransda iştirakçılara təqdim olunub.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə portalın rəhbəri Ayxan Qədəşov “Azexport.az: Beynəlxalq təchizat zənciri üçün transsərhəd e-ticarət platforması” adlı təqdimatla çıxış edib. O, bildirib ki, ixracda kağız sənəd dövriyyəsinin minimuma endirilməsi və əməliyyatların tam rəqəmsallaşması qarşıya qoyulan əsas hədəflərdəndir. Bu məqsədlə portal Beynəlxalq Ticarət Mərkəzi, Ümumdünya Ticarət Təşkilatı, Avropa Birliyi kimi qurumlar tərəfindən həyata keçirilən layihələrdə yaxından iştirak edir. Layihə çərçivəsində Azərbaycan və Almaniya arasında təchizatçı və istehlakçı ölkələrin poçt orqanlarının avtomatik məlumatlandırılmasına dair pilot layihə icra olunub. Sonda tədbir iştirakçılarına Rəqəmsal Ticarət Qovşağının e-rezidentlik və m-rezidentlik imkanlarından istifadə etməklə sərhəd keçmədən Azərbaycanda hüquqi şəxsin təsis və idarə olunması imkanı barədə məlumat verilib.

“Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” tədbirində Türkiyə, Xorvatiya, Qazaxıstan, Fransa, Polşa, Amerika, Ukrayna, Rusiya kimi ölkələrdən 50-dən artıq şəxs onlayn və fiziki olaraq iştirak edib. Tədbir ərəfəsində gömrük, elektron ticarət və logistika sahəsində təcrübə mübadiləsi həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi