Azexport.az portalı ilə ixrac sifarişləri 5% artıb

Azexport.az portalı ilə ixrac sifarişləri 5% artıb Bu ilin yanvar-may aylarında Azexport.az portalına 261,8 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Biznes
28 İyun , 2019 16:10
Azexport.az portalı ilə ixrac sifarişləri 5% artıb

Bu ilin yanvar-may aylarında Azexport.az portalına 261,8 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında bildirilir.

Məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixrac sifarişləri 4,6% artıb.

Bu ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 32,5 mln. dollar təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 17,3%-lik artım qeydə alınıb.

2019-cu ilin 5 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,6%), Türkiyə (7,4%), İngiltərə (5,9%), ABŞ (5,9%) və Hindistan (5,9%) qərarlaşıb.

Bu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinə kimi (29 ay ərzində) Azexport.az portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 250,9 milyon ABŞ dolları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi