"Azərxalça" Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim təşkil edib

"Azərxalça" Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim təşkil edib Noyabrın 1-də Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük əməkdaşları üçün "Saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim başlayıb.
Biznes
2 Noyabr , 2021 11:35
Azərxalça Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim təşkil edib

Noyabrın 1-də Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük əməkdaşları üçün "Saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim başlayıb.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Təlim "Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədargömrük əməkdaşlarının bu sahədəki bilik və bacarıqlarının daha da artırılması məqsədilə keçirilir. Tədbirin əvvəlində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini Elmir Quliyev, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin dəhlizlərinin idarəolunması şöbəsinin rəisi Vasif Qurbanov təlimin əhəmiyyəti, məqsədi, bu sahədə mövcud qanunvericiliyin tələbləri və ona edilmiş əlavə və dəyişikliklər barədə iştirakçıları məlumatlandırıblar.

Daha sonra təlimçilər "Azərxalça" ASC-nin istehsal etdiyi məhsullara verilən sertifikat nümunələri, xalça məhsulları üzərinə vurulan etiket formaları və QR kodlardan istifadə qaydaları, eləcə də xalçaların eyniləşdirmə metodları ilə bağlı gömrükçüləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

4 gün davam edəcək təlimlər "Azərxalça"nın mütəxəssisləri keçir.

Son xəbərlər

Orphus sistemi