“Azərtunel”in direktoru şirkətin təsisçiliyindən çıxır

“Azərtunel”in direktoru şirkətin təsisçiliyindən çıxır “AzərTunel” MMC-nin təsisçilərindən biri - Hüseynov Nizami Əzizağa oğlu təsisçilikdən çıxıb.
Biznes
21 Sentyabr , 2020 14:14
“Azərtunel”in direktoru şirkətin təsisçiliyindən çıxır

Azərbaycanın aparıcı tikinti şirkəti - “Azərtunel” MMC kreditorlarına müraciət edib. 

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. 

Müraciətdə deyilir ki, şirkətin həm direktoru, həm də 40% pay sahibi Nizami Əzizağa oğlu Hüseynov təsisçilikdən çıxır. Odur ki, səhmdar cəmiyyətinin nizamnamə kapitalı 11 993 724 manat azalaraq 29 984 310 manatdan 17 990 586 manata düşəcək. 

Xatırladaq ki, “Azərtunel” 2001-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi