“Azərsun Holdinq”in xalis mənfəəti 2 dəfədən çox artıb

“Azərsun Holdinq”in xalis mənfəəti 2 dəfədən çox artıb “Azərsun Holdinq” MMC 2019-cu ili 60 milyon manat xalis mənfəətlə başa vurub
Biznes
3 İyul , 2020 14:33
“Azərsun Holdinq”in xalis mənfəəti 2 dəfədən çox artıb

“Azərsun Holdinq” MMC 2019-cu ili 60 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,4 dəfə çoxdur.

Ötən il “Azərsun Holdinq”in satışdan gəlirləri 1 003,7 milyon manat (əvvəlki ilə nisbətən 37,5% çox), satışının maya dəyəri 762,8 milyon manat (18,1% çox), satış və planlaşdırma xərcləri 46,7 milyon manat (5,45 dəfə çox), ümumi və inzibati xərcləri 124,4 milyon manat (2,5 dəfə çox), maliyyə xərcləri 9,7 milyon manat (22,6% çox), məzənnə fərqindən gəlirləri 0,1 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 12,7 milyon manat (2,4 dəfə çox), törəmə müəssisələrin silinməsi üzrə zərəri 1,2 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 19,6 milyon manat (70,45% çox), təxirə salınmış vergi xərcləri isə 1 milyon manat (94,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsun Holdinq”in aktivləri 708,8 milyon manat olub ki, bu da illik müqayisədə 0,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,65% azalaraq 342,3 milyon manata düşüb, balans kapitalı isə 31,2% artaraq 366,5 milyon manata, o cümlədən nizamnamə kapitalı 41,8% artaraq 127,6 milyon manata çatıb.

Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda bir sıra müəssisələrə malikdir.

Son xəbərlər

Orphus sistemi