Bakı. 14 mart. REPORT.AZ/ “Azərsu” ASC boru və fitinqlərin, dəftərxana ləvazimatlarının satın alınması məqsədilə açıq tenderlər elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.
Tenderlərdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidirlər.
İddiaçılar hər iki tender üzrə tələb olunan sənədləri aprelin 24-ü saat 18:00-dan gec olmamaq şərtilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti,67) təqdim etməlidir.
Tender təklifləri isə mayın 1-i saat 18:00-dək qeyd edilən ünvana təqdim olunmalıdır. Təklif zərfləri mayın 2-i saat 15:00-da ASC-də açılacaq.