"Azərsu" kotirovka sorğusu elan edib

"Azərsu" kotirovka sorğusu elan edib İddiaçılar kotirovka təkliflərini fevralın 27-dək təqdim etməlidirlər
Biznes
23 Fevral , 2017 09:20
Azərsu kotirovka sorğusu elan edib

Bakı. 23 fevral. REPORT.AZ/ “Azərsu” ASC Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üçün lazım olan mal-materialların satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

İddiaçılar kotirovka təkliflərini fevralın 27-si saat 11:00-dan gec olmamaq şərti ilə şirkətə (Bakı şəhəri, Moskva prospekti.67) təqdim etməlidirlər.

Kotirovka təklifləri “Azərsu”da fevralın 27-si saat 16:00-da açılacaq.

Son xəbərlər

Orphus sistemi