"Azərsu" 38 milyon manatlıq 2 tenderə yekun vurub

"Azərsu" 38 milyon manatlıq 2 tenderə yekun vurub "Azərsu" ASC Pirşağı Tullantı Sutəmizləyici Qurğusunun gətirici kanalizasiya kollektorlarının tikintisi (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru (1), Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə ol
Biznes
5 Yanvar , 2021 16:09
Azərsu 38 milyon manatlıq 2 tenderə yekun vurub

"Azərsu" ASC Pirşağı Tullantı Sutəmizləyici Qurğusunun gətirici kanalizasiya kollektorlarının tikintisi (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru (1), Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Tunel Tikinti Servis” MMC və “Protean Construction” ASC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 34 444,5 min manat və 3 891,7 min manat, ümumilikdə isə 38 336,2 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi