Azərbaycanda elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği artırılıb

Azərbaycanda elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği artırılıb Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Biznes
28 dekabr 2023 12:08
Azərbaycanda elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği artırılıb
İlham Əliyev

Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, iki ildən bir verilən Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği 30 min manatdan 40 min manata çatdırılıb, sayı isə 5-dən 3-ə endirilib.

Mükafat hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.

Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi