Azərbaycanın avtomobil istehsalı müəssisəsinin səhmdarları ümumi yığıncağa toplaşacaq

Azərbaycanın avtomobil istehsalı müəssisəsinin səhmdarları ümumi yığıncağa toplaşacaq ​“Azərmaş”ın səhmdarları “maşın bazarı”nda toplaşacaq
Biznes
28 May , 2019 11:32
Azərbaycanın avtomobil istehsalı müəssisəsinin səhmdarları ümumi yığıncağa toplaşacaq

“Azərmaş” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, toplantı qurumun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici dairəvi yol 4 ünvanında yerləşən inzibati binasında iyulun 1-i saat 10:00-da baş tutacaq.

Yığıncağın gündəliyinə iki əsas məsələ daxil edilib. Onlardan birincisi cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması, ikincisi isə cəmiyyətin maliyyə vəziyyətinin müzakirə edilməsidir.

Qeyd edək ki, “Azərmaş” ASC  - 15 noyabr 2017-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərin istehsalı zavodu qurulmuşdur və . Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində - “AzKron” MMC-də, birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. 

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar","Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunacaq.

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulmuşdur. Bu zavod, “Azərmaş” ilə Rusiyanın “Qaz Qrup” şirkətinin birgə layihəsidir. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. 

Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.

Son xəbərlər

Orphus sistemi