“Azərlotereya” vətəndaşlara müraciət edib

“Azərlotereya” vətəndaşlara müraciət edib İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin təşkil etdiyi “Klassik loto” tirajlı lotereyasının keçirilməsinə sentyabrın 3-dən xitam verilməsi nəzərə alınaraq, lotereyada oynanılan və udulmayan iri pul mükafatları (95 000 manat “CekPot” və 54 00
Biznes
996
16 Sentyabr , 2020 12:29
 “Azərlotereya” vətəndaşlara müraciət edib
0 : 00
0 : 00

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin təşkil etdiyi “Klassik loto” tirajlı lotereyasının keçirilməsinə sentyabrın 3-dən xitam verilməsi nəzərə alınaraq, lotereyada oynanılan və udulmayan iri pul mükafatları (95 000 manat “CekPot” və 54 000 manat “MeqaPot”) cəmi 149 000 manat olmaqla sentyabrın 30-dan etibarən “4+4” tirajlı lotereyasının “CekPot” pul mükafatına əlavə olunur.

“Report” xəbər verir ki, bu barədə şirkətin vətəndaşlara müraciətində bildirilir.

Lotereya həftədə iki dəfə olmaqla (çərşənbə və cümə günləri) saat 21:35-də Space TV kanalı vasitəsilə canlı keçiriləcək. Lotereya biletlərini satış məntəqələrindən və www.azerlotereya.com saytı vasitəsilə əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi