“Azərlotereya” ADA Universitetinə maliyyə yardımı göstərib

“Azərlotereya” ADA Universitetinə maliyyə yardımı göstərib İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC ötən il büdcə və büdcədənkənar fondlara 2,845 mln. manat ödəniş edib.
Biznes
8 aprel 2019 13:15
“Azərlotereya” ADA Universitetinə maliyyə yardımı göstərib

İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC ötən il büdcə və büdcədənkənar fondlara 2,845 mln. manat ödəniş edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 1,16 mln. manatı ödəmə mənbəyində tutulan vergi, 787 min manatı əlavə dəyər vergisi, 552 min manat mənfəət vergisi, 119 min manat işçilərdən tutulan gəlir vergisi, 227 min manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödəmələrdir.

Bundan başqa, “Azərlotereya” dividend şəklində dövlət büdcəsinə 1 mln. manat ödəyib, Azərbaycan Diplomatiya Akademiyasına (ADA Universiteti) 953 min manat maliyyə yardımı göstərib, Azərbaycan Stolüstü Tennis Federasiyasına 200 min manatlıq, digər dövlət tədbirlərinin maliyyələşməsinə isə 106 min manatlıq sponsorluq edib. 

Son xəbərlər

Orphus sistemi