"Azeri Business Award” 2021 mükafatının təqdimat mərasimi keçirilib

"Azeri Business Award” 2021 mükafatının təqdimat mərasimi keçirilib Martın 6-da “Buta Palace”da biznes sahəsində 2021-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Biznes
9 Mart , 2022 12:50
Azeri Business Award” 2021 mükafatının təqdimat mərasimi keçirilib

Martın 6-da “Buta Palace”da biznes sahəsində 2021-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, bütün laureatlar iqtisadiyyatın qeyri-neftsektorunun nümayəndələridir – tibb, tikinti sahəsi, kənd təsərrüfatı, mebel istehsalı və s.

“Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhvəyə görə” əsas mükafata Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarş layiq görülüb.

Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Hindistan, Özbəkistan, Tacikistan və Koreya Respublikasının səfiri daxil olmaqla digər ölkələrin də diplomatik nümayəndələri iştirak edirdilər.

“Azeri Business Award” mükafatının partnyorları “Cahan Motors”, “Nabucco A&C” və “Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Caspian Coast”, “Delta Group”, “Ganja Sharab”, “Gədəbəy Mineral Suları”, “Minabi”, “Shamsi Art Studio”, “Danilov”, “Mario Russo” və "King’ Style" Tie & Parfum idi.

"Buta Palace"da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.

Tədbirin informasiya tərəfdaşı “Report” İnformasiya Agentliyi idi. Həmçinin tədbirə dəstəyi Insider.az, Urban.az, Marja.az və Navigator.az göstərib.

“Azeri Business Award” 2021 mükafatının laureatları

Məhəmməd Adil Embarş – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə

Səidə Qasımova, AZPRİNT şirkətinin təsisçisi – Mətbəə xidməti sahəsində ilin işgüzar xanımı

Ədalət Məmmədov, OPUS şirkətinin təsisçisi, memar İlin memarı

OP.DR.Günel Bayramlı, Plastik və estetik cərrah İlin plastik və estetik cərrahı

Yağmur-2 – Ekoloji layihələrə verdiyi töhfəyə görə

Camal LTD (İCELAND) – Dondurma istehsalı sahəsində ilin ixracatçısı

VS Energy Service – Etibarlı tərəfdaş

Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti – İlin şirkəti. İşıqlandırma sistemlərinin istehsalı

FAB Boya və Kimya Sənayesi – İlin ticarət markası

Core Construction – Tikinti sahəsində know how

Academy Estet klinikası – Kosmetologiya və estetika sahəsində əldə etdiyi yüksək nəticələrə görə

Caspian Cable Systems – İlin şirkəti. Kabel istehsalı

Şirin Su – Sahənin lideri. İçməli su məhsullarının istehsalı və çatdırılması

Glassmaster – Müştəri məmnuniyyəti

Meqa Sığorta – Ədalət və yüksək keyfiyyət standartlarına uyğun sığorta şirkəti

ADORE KOMPANİ – İlin parfümeriya və kosmetika şirkəti

FAW auto – İlin avtomobili

Farfor Home – İlin interyer aksesuarları məkanı

Artel Electronics – Məişət texnikası sahəsində ilin brendi

Business Mind Academy Business School – İnnovativ təhsil mərkəzi

Nestlé – İlin məhsulu. Uşaq qidası

KomiForest şirkətlər qrupu – Taxta materialların istehsalı sahəsində əldə etdiyi yüksək nəticələrə görə

Bəhram Bağırzadə – Milli tarix və mədəniyyətin təbliğinə verdiyi töhfəyə görə

Radio TMB – İlin uğurlu layihəsi. Türk dünyasının ilk radio platforması

TMB TV – Türk millətlərini birləşdirən mədəniyyət platforması

Son xəbərlər

Orphus sistemi