Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 23-də “Buta Palace”da biznes sahəsində 2018-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
“Report”un məlumatına görə, mərasimdə həmçinin mükafatın təsisçisi - Azərbaycanın aparıcı biznes jurnalı olan "Business Time"ın 10 illik yubileyi də qeyd olunub.
Tədbirdə bir çox ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edib. Tədbirə həmçinin Almaniya, Gürcüstan, Rusiya və Özbəkistandan olan iş adamları qatılıb. Bütün laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun (tikinti materiallarının istehsalı, tibb, konsaltinq, mebel istehsalı və s.) olub.
“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi layiq görülüb.
Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Fransa, Mərakeş, Özbəkistan, Səudiyyə Ərəbistanı, Əlcəzair, İndoneziya, Pakistan, Küveyt, Misir, İraq, Fələstin, Sudan, Liviya səfirləri də daxil olmaqla digər ölkələrin də diplomatik nümayəndələri iştirak ediblər.
“Azeri Business Award” mükafatının tərəfdaşı Porsche brendidir, tədbirin dost şirkətləri isə "AzInterPartlayış", "Hillside", "Faberlic", "Il’Azero", "MiMobile", "Cruises.az", “Abşeron Şərab”, “Mario Russo” və "King Edward" olub.
"Buta Palace"da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edilib.
Bundan başqa "Azeri Business Award” mükafatının tərəfdaşı "Porsche" brendi Bakıya yeni gətirilən “Macan”nın yeni versiyasının təqdimatını keçirib.
Qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duyublar.
Tədbirin informasiya tərəfdaşları arasında Report.az, SIA agentliyi, Urban.az və Navigator.az da var.
“Azeri Business Award” 2018 mükafatının laureatları
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi– İqtisadi və ticari əlaqələrin inkişafına verdiyi töhfəyə görə
Modern Group – İlin Holdinqi
Gilan Construction – İlin tikinti şirkəti
GardashlarMebel – İlin mebel istehsalçısı
BADAM Patisserie – İlin şirniyyat evi
Buta Farm – İlin aptek şəbəkəsi
Vəfa Kosmetoloji və Estetik Klinika – Kosmetologiya və dermatologiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Xəlil Hüseynov – Oftalmologiya sahəsinin inkişafına verdiyi töhfəyə görə. İlin iş adamı. Oftalmologiya
Elşən Əliyev – Stomatologiya sahəsinin inkişafına verdiyi töhfəyə görə. İlin iş adamı. Stomatologiya
Vüqar Ələkbərov – İlin plastik cərrahı
Nabucco – Tikinti sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Huner Group – İlin tikinti layihəsi
Yağmur-2 – Kənd təsərrüfatı sahəsində suvarma sistemlərində smart-texnologiyaların tətbiqinə görə
Mətanət A – İsveçrənin MAERZ şirkətinin tikdiyi son texnologiyaların tətbiqinə görə AZERLIME Əhəng Zavodunun – Suvaq üçün Əhəng Məhsulu
Azərbaycan Respublikası
İCELAND – İlin Milli Brendi. “Sevgi” dondurma
Il’Azero – İlin idman geyim brendi
Yalchin Zahid’s Art Bureau – İlin memarlıq şirkəti
Fab Boya – Boya və kimyəvi məhsulların istehsalı sahəsinin lideri
MA Consulting – İlin konsaltinq şirkəti. Mühasibat və audit
GRBS – Beynəlxalq nüfuz
İydə – İlin parfümeriya brendi
SKY WASH – İlin klininq şirkəti
Max Ofset – İlin mətbəəsi
KATV1 – İlin internet-provayderi
AURA – İlin sağlamlıq mərkəzi
Təsisçi və mükafat barədə:
“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.
“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir.
“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.
Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.