“AzerGold” və ADA Universiteti əməkdaşlıq memorandumu imzalayıb

“AzerGold” və ADA Universiteti əməkdaşlıq memorandumu imzalayıb Bakı. 3 aprel. REPORT.AZ/ “AzerGold” QSC və ADA Universiteti tələbələrin karyera hazırlığına dəstək olmaq, kadrların peşəkar inkişafı, tələbə yönümlü və digər tədqiqat layihələrinə töhfə vermək məqsədi ilə əməkdaşlıq memorandumu imzalayıblar.
Biznes
3 Aprel , 2018 16:09
“AzerGold” və ADA Universiteti əməkdaşlıq memorandumu imzalayıb

Bakı. 3 aprel. REPORT.AZ/ “AzerGold” QSC və ADA Universiteti tələbələrin karyera hazırlığına dəstək olmaq, kadrların peşəkar inkişafı, tələbə yönümlü və digər tədqiqat layihələrinə töhfə vermək məqsədi ilə əməkdaşlıq memorandumu imzalayıblar.

Bu barədə "Report"a "AzerGold"dan bildirilib. 

Məlumata görə, ADA Universitetində baş tutan görüşdə Universitetin rektoru Hafiz Paşayev və “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov əməkdaşlıq ətrafında geniş fikir mübadiləsi apararaq birgə fəaliyyətin hər iki tərəf üçün uğurlu olacağına əmin olduqlarını bildiriblər.

Əməkdaşlıq memorandumu ADA Universitetinin Fondu və Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq, Universitetin ixtisasartırma proqramları vasitəsilə ”AzerGold” QSC-nin əməkdaşları üçün peşəkar inkişaf proqramlarının təşkil olunması, birgə tədqiqat layihələrinin keçirilməsi tədbirlərini əhatə edəcək.

"AzerGold” əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində Cəmiyyət artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq edir", - deyə məlumatda qeyd olunub.  

Son xəbərlər

Orphus sistemi