Azərbaycanın Yaponiya ilə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

Azərbaycanın Yaponiya ilə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.
Biznes
12 Oktyabr , 2020 15:48
Azərbaycanın Yaponiya ilə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb. O, Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndiyini qeyd edib.

M.Cabbarov diqqətə çatdırıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat-logistika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat, dövlət-özəl tərəfdaşlığı və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür. Nazir Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.

C.Vada ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi