Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% azalıb Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 12,7milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
16 İyul , 2020 10:51
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 12,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% azdır.

6 aylıq xarici ticarət dövriyyəsinin 7,7 milyard dolları ixracın, 5 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23%, idxal isə 28,9% azalıb.

Son nəticədə xarici ticarətdə 2,7 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 9% azdır. 

Son xəbərlər

Orphus sistemi