“VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 20 % artırıb

“VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 20 % artırıb Qurum "Premium Bank" ASC-nin səhmdarıdır
Biznes
28 Mart , 2021 11:30
“VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 20 % artırıb

"Silk Vey Holdinq" MMC-yə daxil olan “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC 2019-cu ili 17,065 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 20,4 % çoxdur.

2019-cu ildə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin göstərdiyi xidmətlərdən gəlirləri 40,471 milyon manat (2018-ci ilə nisbətən 1,4 % çox), xidmətlərinin maya dəyəri 14,608 milyon manat (23,7 % çox), digər əməliyyat gəlirləri 92 min manat (təxminən 96 % çox), inzibati və digər əməliyyat xərcləri 10,262 milyon manat (3 % az), asılı müəssisələrinə yatırılmış investisiyalardan gəlirləri 10 min manat (əvvəlki ol olmayıb), birgə müəssisələrə yatırılmış investisiyalardan gəlirləri 2,271 milyon manat (əvvəlki il olmayıb), investisiyalar üzrə ona elan olunmuş dividendlərdən gəlirləri 2,191 milyon manat (8,4 dəfə çox), maliyyə xərcləri 398 min manat (17,4 % az), məzənnə fərqindən gəlirləri 81 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 2,782 milyon manat (21,8 % az) təşkil edib.

2020-ci il yanvarın 1-nə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin aktivləri 53,381 milyon manat olub ki, bu da illik müqayisədə 8,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,5 % artaraq 21,578 milyon manata çatıb, balans kapitalı isə 5,7 % azalaraq 31,802 milyon manata düşüb.

Xatırladaq ki, “VİP Aviasiya Xidmətləri Şirkəti" 2011-ci ildə, 100 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Uyğunluq Sertifikatına əsasən Azərbaycanın beynəlxalq hava limanlarında yerüstü və kommersiya xidmətləri göstərir. Qurum "Premium Bank" ASC-nin səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi