Azərbaycanın və Rusiyanın iqtisadiyyat nazirləri Stavropolda görüşüb

Azərbaycanın və Rusiyanın iqtisadiyyat nazirləri Stavropolda görüşüb Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə edilib
Biznes
29 Sentyabr , 2017 12:36
Azərbaycanın və Rusiyanın iqtisadiyyat nazirləri Stavropolda görüşüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilən VIII regionlararası iqtisadi forum çərçivəsində rusiyalı həmkarı Maksim Oreşkinlə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə edilib.

M.Oreşkin qeyd edib ki, Rusiyanın iqtisadiyyatı bərpa olunur, daxili tələbatın düzgün dinamikası Azərbaycanla ikitərəfli münasibətlərə müsbət təsir göstərir: "Sizinlə bizim vəzifəmiz ikitərəfli münasibətləri daha da inkişaf etdirməkdir".

Ş.Mustafayev isə həmkarını nazir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib. O, iqtisadiyyat sahəsində ikitərəfli münasibətlərin vəziyyətindən məmnun qaldığını bildirib.

"Azərbaycan və Rusiya iqtisadiyyatları enerji daşıyıcılarının qiymətlərinin asılılığından tədricən azad olur. Azərbaycan qeyri-neft sektorunun inkişafı, onun şaxələndirilməsi istiqamətini götürüb. Ölkədə tədiyyə tarazlığı sabitləşib. Sevindirici haldır ki, Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı 30% artıb", - deyə Ş.Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoru məhsullarının ixracının xeyli hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir ki, bunun da çox hissəsi Rusiyaya göndərilir.

Son xəbərlər

Orphus sistemi