Azərbaycanın Serbiyada inşa etdiyi avtomobil yolunun açılışı olacaq

Azərbaycanın Serbiyada inşa etdiyi avtomobil yolunun açılışı olacaq Bu məqsədlə iqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər edəcək
Biznes
5 Noyabr , 2016 15:10
Azərbaycanın Serbiyada inşa etdiyi avtomobil yolunun açılışı olacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 7-də Serbiyaya səfərdə olacaq. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti iki ölkə arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilən, baş podratçısı Azərbaycanın "AzVirt MMC" şirkəti olan Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcək. 

Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi