Azərbaycanın şərab istehsalçısı səhmdarlarına dividend ödəyəcək

Azərbaycanın şərab istehsalçısı səhmdarlarına dividend ödəyəcək Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il martın 27-də, saat 15:00-da “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Biznes
23 Yanvar , 2018 09:32
Azərbaycanın şərab istehsalçısı səhmdarlarına dividend ödəyəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il martın 27-də, saat 15:00-da “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report”un verdiyi xəbərə görə, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Kənar küçəsi, 3 ünvanında olacaq. 

Yığıncağın gündəliyinə zavodun 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın dinlənilməsi, illik maliyyə hesabatlarının, mühasibat balansının, mənfəəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, səhmdarlara ödəniləcək dividendin məbləğinin və müddətinin elan olunması məsələləri daxildir. 

Son xəbərlər

Orphus sistemi