Azərbaycanın Rusiyaya ixracı artmaqda davam edir

Azərbaycanın Rusiyaya ixracı artmaqda davam edir “Rusiya Azərbaycanın qeyri-neft məhsulları üçün əsas bazardır və Azərbaycandan ixracın fasiləsiz olmasında maraqlıdır”.
Biznes
30 Aprel , 2020 17:13
Azərbaycanın Rusiyaya ixracı artmaqda davam edir
Ruslan Əliyev / Report
0 : 00
0 : 00

“Rusiya Azərbaycanın qeyri-neft məhsulları üçün əsas bazardır və Azərbaycandan ixracın fasiləsiz olmasında maraqlıdır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu “Rusiya – Azərbaycan logistikası” mövzusunda onlayn müzakirə zamanı Azərbaycanın qonşu ölkədəki ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev bildirib.

Nümayəndəliyin “Russian Business Guide” jurnalı ilə birgə iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrinə dair başladığı silsilə onlayn müzakirələrindən birincisi bu gün keçirilib. Tərəflər Azərbaycanın Rusiyaya ixracına koronavirus pandemiyasının təsirləri, habelə Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılmasına logistika dəstəyi barədə söhbət edib. 

R.Əliyev son vaxtlar Azərbaycanın Rusiyaya ixracının sürətlə artdığını qeyd edib: “2019-cu ildə Rusiyaya 731,8 milyon ABŞ dolları məbləğində, yəni 2018-ci ilə nisbətən 10% artıq məhsul ixrac edilib. 2020-ci ilin I rübündə də koronavirus pandemiyasına baxmayaraq, 12%-lik artım əldə edildi. Hərçənd Azərbaycanın istehsal imkanları və Rusiya bazarının tutumu daha böyük artıma nail oluna biləcəyini göstərir. Mövcud vəziyyətin təhlili bir sıra amillərin mühüm əhəmiyyət daşıdığını üzə çıxarır. Fikrimizcə, bu amillər ekspertlər səviyyəsində müzakirə olunmalıdır. Bunun nəticəsində mövcud problemləri ayırd edərək müvafiq təklif və tövsiyələr hazırlaya bilərik”.

Son xəbərlər

Orphus sistemi