Azərbaycanın nüvə reaktorları idxalına çəkdiyi xərc 10 %-dən çox artıb

Azərbaycanın nüvə reaktorları idxalına çəkdiyi xərc 10 %-dən çox artıb Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 008,8 milyon ABŞ dolları dəyərində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri idxal edib.
Biznes
21 Avqust , 2021 17:40
Azərbaycanın nüvə reaktorları idxalına çəkdiyi xərc 10 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 008,8 milyon ABŞ dolları dəyərində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 100,322 milyon ABŞ dolları (11 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri ixracının dəyəri isə 20,323 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 11,593 milyon ABŞ dolları (36,3 %) azdır.

Hesabat dövründə nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri üzrə idxal Azərbaycanın ümumi idxalının 16,2 %-ni, ixrac isə ümumi ixracın 0,18 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi