Azərbaycanın növbəti ixrac missiyası İsveçrəyə gedir

Azərbaycanın növbəti ixrac missiyası İsveçrəyə gedir Bakı. 21 iyun. REPORT.AZ/ “Made in Azerbaijan brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası iyunun 25-29-da İsveçrədə təşkil olunacaq.
Biznes
21 İyun , 2018 17:29
Azərbaycanın növbəti ixrac missiyası İsveçrəyə gedir

Bakı. 21 iyun. REPORT.AZ/ “Made in Azerbaijan" brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası iyunun 25-29-da İsveçrədə təşkil olunacaq.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan məhsullarına dair təqdimatların keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi