Azərbaycanın neft-mədən avadanlıqları istehsalçısı xalis mənfəətini 15% artırıb

Azərbaycanın neft-mədən avadanlıqları istehsalçısı xalis mənfəətini 15% artırıb “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 1,452 milyon manat təşkil edib.
Biznes
26 İyun , 2019 09:35
Azərbaycanın neft-mədən avadanlıqları istehsalçısı xalis mənfəətini 15% artırıb

“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 1,452 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,2% çoxdur.

2018-ci ildə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 3,2% azalaraq 244 min manata düşüb, cəmi kapitalı isə 2% artaraq 1,208 milyon manata çatıb.

Ötən il “Bakı Neft Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1,871 milyon manat (əvvəlki ilə nisbətən 37,2% çox), satışının maya dəyəri 1,718 milyon manat (39,45% çox), digər əməliyyat gəlirləri 137 min manat (12,3% çox), ümumi və inzibati xərcləri 47 min manat (təxminən, 12% çox), mənfəət vergisi ödəmələri isə 49 min manat (təxminən, 17% çox) təşkil edib. Son nəticədə müəssisə 2018-ci ili 195 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 14,7% çoxdur. 

Son xəbərlər

Orphus sistemi