Azərbaycanın milli ESG standartının hazırlanması istiqamətində işlər görülür

Azərbaycanın milli ESG standartının hazırlanması istiqamətində işlər görülür Azərbaycanın milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) ESG standartının hazırlanması istiqamətində işlər görülür.
Biznes
13 Sentyabr , 2024 20:27
Azərbaycanın milli ESG standartının hazırlanması istiqamətində işlər görülür

Azərbaycanın milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) ESG standartının hazırlanması istiqamətində işlər görülür.

“Report” xəbər verir ki, bu barədə “Bakı KOB evi”ndə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun rəhbəri Orxan Məmmədovun iştirakı ilə keçirilən “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun iclasında məlumat verilib.

Bildirilib ki, milli ESG standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki dəstəyi ilə hazırlanır.

Vurğulanıb ki, Qlobal İnnovasiya İndeksinin “Biznesin aparılması üçün şərait” və “Klasterlərin inkişafı” indikatorları üzrə sorğuların keçirilməsi və məlumatların yenilənməsi istiqamətində Dünya İqtisadi Forumu ilə əməkdaşlıq həyata keçirilib. Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrup çərçivəsində aparılan işlər, milli ESG standartının qəbul edilməsi ESG ilə bağlı daha geniş tənzimləyici çərçivənin müəyyən edilməsinə, fəaliyyətin konkret istiqamətlər üzrə qurulmasına və gələcəkdə məqsədyönlü təşviq və stimullaşdırıcı tədbirlərin tətbiqinə imkan yaradacaq, eləcə də ölkəmizin yaşıl gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Son xəbərlər

Orphus sistemi