Azərbaycanın metal məmulatları istehsalçısı yeni səhmdar cəlb edib

Azərbaycanın metal məmulatları istehsalçısı yeni səhmdar cəlb edib "AzeSteelCompany” ASC-nin səhmlərinin 69,3%-nə nəzarət edən Cəmaləddin İsmayılov payının 0,6%-lik hissəsini satıb.
Biznes
7 sentyabr 2022 08:01
Azərbaycanın metal məmulatları istehsalçısı yeni səhmdar cəlb edib

"AzeSteelCompany” ASC-nin səhmlərinin 69,3%-nə nəzarət edən Cəmaləddin İsmayılov payının 0,6%-lik hissəsini satıb.

"Report" xəbər verir ki, onun payını yeni səhmdar - Jalə Kazımlı alıb.

Son nəticədə C.İsmayılovun payı 68,7%-ə düşüb. Səhmlərin qalan hissəsi isə əvvəlki qaydada Kənan Ağayevə (20,7%) və Ömər Hüseynova (10%) məxsusdur.

Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, bu il rebrendinq edib. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi