Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçısına “maya qoyulacaq”

Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçısına “maya qoyulacaq” Yanvarın 18-də, saat 10:00-da “Günay Kənd Təsərrüfatı Məhsulları” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Biznes
19 Dekabr , 2020 17:35
Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçısına “maya qoyulacaq”

Yanvarın 18-i saat 10:00-da “Günay Kənd Təsərrüfatı Məhsulları” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Xaçmaz rayonunun Çarğı kəndində baş tutacaq.

Yığıncağın gündəliyinə müəssisənin nizamnamə kapitalının artırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Günay Kənd Təsərrüfatı Məhsulları” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 115 872 manatdır.

Son xəbərlər

Orphus sistemi