Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir

Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir İkinci ixrac missiyasının Dubaya səfəri noyabrın 30-dək davam edəcək
Biznes
28 Noyabr , 2016 20:05
Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində səfərdədir. 

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, missiyaya Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir.

Səfərin ilk günü Azərbaycan şirkətlərinin təmsilçiləri "Azpromo" və “Dubay Exports”un təşkilatçılığı ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə 20-ə yaxın BƏƏ şirkətinin nümayəndəsi iştirak edib, Azərbaycan və BƏƏ şirkətləri arasında əlaqələrin genişləndirilməsi, BƏƏ-yə ixrac imkanlarına dair müzakirələr aparılıb. Azərbaycan şirkətləri istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.

Noyabrın 29-da isə Azərbaycan iş adamları Dubayın “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaqlar.

Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sayca ikinci ixrac missiyasının Dubaya səfəri noyabrın 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi