Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib

Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib Bakı. 6 noyabr. REPORT.AZ/ “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası bu gün Bolqarıstanın paytaxtı Sofiyaya yola düşüb.
Biznes
6 Noyabr , 2018 17:20
Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası bu gün Bolqarıstanın paytaxtı Sofiyaya yola düşüb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, noyabrın 9-na qədər davam edəcək missiyaya qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi daxildir. Missiya çərçivəsində Azərbaycan ixracatçıları görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi