Azərbaycanın ixrac missiyası Almaniyaya gedib

Azərbaycanın ixrac missiyası Almaniyaya gedib Bu, missiyanın cari ildə ilk analoji səfəridir
Biznes
23 Yanvar , 2017 14:12
Azərbaycanın ixrac missiyası Almaniyaya gedib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın ixrac missiyası bu gün Almaniyaya yola düşüb. Bu, missiyanın cari ildə ilk səfəridir.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, nazirlik tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilən meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edirlər.

Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə-2017" sərgisini ziyarət edəcək, yerli distribyutorlar, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi